Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
Mynews.az APA-ya istinadən xəbər verir ki, proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 4,8 mlrd. dollar təşkil edəcək. Beləliklə, bu il AMB-nin valyuta ehtiyatları 20% artacaq. 2016-cı ilin sonuna tənzimləyicinin balansında olan ehtiyatlarının həcmi təxminən 4 mlrd. dollar olub.
IMF 2018-ci ildə ehtiyatların 5,7 mlrd. dollaradək artacağını proqnozlaşdırır ki, bu da 2017-ci illə müqayisədə 18,8% artım deməkdir.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi 5 mlrd. 167,5 mln. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur.
Proqnozdan belə məlum olur ki, ilin sonunadək AMB-nin ehtiyatları 367,5 mln. dollar azalacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub