2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.
Mynews.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 20.4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17 %-i digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 58.1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95.6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.
Hesabat dövründə banklar tərəfindən 281 mln. dollar xalis valyuta satışı həyata keçirilib. Cari ilin ötən dövründə 117 mln. ABŞ dolları xalis alış həyata keçirilib. Bu da manatın stabilliyi ilə əlaqədardır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub