“Apple” korporasiyasının yeni “iPhone X” smartfonunun istehsalına nə qədər xərc çəkdiyi məlum olub.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu yöndə “TechInsights” saytının mütəxəssisləri hesablama aparıb. Onlar müəyyənləşdiriblər ki, bir “iPhone X” smartfonunu yığmaq 357,50 dollara başa gəlir. Cihazın qiyməti isə 999 dollardan başlayır və bu, “Apple” tarixində ən yüksək qiymətdir. Müqayisə üçün deyək ki, “iPhone 8” ABŞ-da 699 dollara satılır.
“iPhone X”un ən bahalı hissəsi 5,8 düym OLED-displeydir. Bu displeyin qiyməti 65,50 dollardır. Cihazın çərçivəsi 36 dollar, alüminium korpusu isə 21,50 dollara alınır.
Mütəxəssislər xüsusi qeyd edirlər ki, bu hesablama yalnız cihazın detallarının dəyəri əsasında aparılıb. Nəzərə almaq lazımdır ki, smartfonun işlənib hazırlanmasına, bu istiqamətdə tədqiqatlara illər sərf olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub