“Büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir. Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20% çoxdur. “İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcəsində əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 %-i sosial müdafiə tədbirlərinə yönəldilib. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28% civarında olub”, - deyə H. Rəcəbli vurğulayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub