Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir deyib ki, sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq.
“Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əməkhaqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”, - deyə nazir vurğulayıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub