SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136,952 mln. manat vəsait ödənilib.
Mynews.az SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 302,630 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152,440 mln. manat və ya 13,3% artım deməkdir.
Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 13,070 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1% çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 125,496 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6,126 mln. manat və ya 5,1% çoxdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub