Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir.
Mynews.az APA-ya istinadən xəbər verir ki, layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edir. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın sədrliyi ilə keçirilir.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri bu gün başa çatacaq. Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub