Dünya neft bazarında qiymət volatilliyi, qlobal proteksionizm və geosiyasi gərginlik 2018-ci ildə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafı üçün əsas risk amilləri olacaq.
Mynews.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti" agentliyinə istinadən məlumat yayıb.
Beynəlxalq Valyuta Fondunun (IMF) Avropa Departamentinin müdir müavini Yorq Dekressen (Jorg Decressen) bildirib ki, inkişaf etməkdə olan Avropa ölkələrinin maliyyə bazarlarında hazırda risk premiyası çox aşağıdır: "Buna görə də gələcəkdə bu bazarlarda volatillik arta bilər. Nəticədə bu ölkələrdən kapital axını güclənə, bu isə, öz növbəsində, iqtisadi artıma mənfi təsir göstərə bilər".
Avrozona iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayan IMF nümayəndəsi əlavə edib ki, 2017-ci ildə bölgədə iqtisadi artım 2,4%, 2018-ci ildə 2,1%, 2019-cu ildə isə 1,9% təşkil edəcək. Xatırladaq ki, IMF-in əvvəlki proqnozlarında iqtisadi artım göstəriciləri 2017-2019-cu illər üçün illik 1,9% təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub