Beynəlxalq Energetika Agentliyi (IEA) 2025-ci il üçün neft qiyməti ilə bağlı proqnozunu 18% azaldaraq, 83 dollar/barel, 2040-cı il üçün isə 11% azaldaraq, 111 dollar/barelə endirib.
Mynews.az xəbər verir ki, bu barədə Report.az "RİA "Novosti" agentliyinə istinadən məlumat yayıb.
IEA-nın "World Energy Outlook-2017" hesabatında qeyd olunub ki, neft ölkələrinin planları və açıqlamaları nəzərə alınmaqla, qiymətlərdə ən çox azalma məhz 2025-ci ilə qədər baş verəcək.
Daha sonra 2040-cı ilə qədər qiymətlər nisbətən sürətlə artacaq", - hesabatda bildirilir.
Agentlik qeyd edib ki, proqnozlarda dəyişikliklər əsasən 3 amillə izah olunur.
Bunlardan birincisi ABŞ-da şist neft və qaz kondensatı ehtiyatları ilə bağlı proqnozunu 80 mlrd. bareldən 105 mlrd. barelə qədər artırılması, ikincisi tədricən hasilat xərclərinin maya dəyərinin azalması və nəticədə təklif olunacaq neftin qiymətinin aşağı salınması, üçüncüsü isə hasilat layihələrinin başa çatma müddətinin azalması fonunda qısamüddətli investisiyaların artmasıdır. Bu, şirkətlərə neftə tələbat artdıqda bazarı qısa zamanda zəruri neftlə təmin etməsinə imkan verəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub