Dünya birjalarında neft ucuzlaşır. WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar və ya 1,18% azalaraq, 55,04 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri isə 0,84 dollar və ya 1,35% azalaraq, 61,37 dollar olub.
Mynews.az-ın məlumatına görə, ötən həftə neft bazarında müşahidə edilən artımdan sonra qiymətlərin azalmasını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, bu, gözlənilən idi: "Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq, 61.3 dollaradək azalıb. Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də, Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır.
Eyni zamanda, Liviya və Nigeriya neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb".
Ekspert qeyd edib: "Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub