“Bu gün Azərbaycanda 2 milyon nəfərin 1,8 milyard problemli krediti var”.
Metbuat.az bildirir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
Qaytarılmayan kreditlərin iki milyard dollara yaxınlaşması bank və vətəndaş üçün ciddi problemlərə gətirib çıxarır.
İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaşlar kreditlərini ödəyə bilmir:
“İndi əsas məsələ problemli kreditlərlə bağlı hər hansı bir formulun tapılmasıdır. Bununla əlaqədar banklar öz üzərlərinə məsuliyyət götürməlidir. Hazırda bu yük məhz vətəndaşın çiynində qalıb. Bu yük ən azından 3 yerə bölünməlidir. Dövlət tərəfindən Mərkəzi Bank, bankların özü və vətəndaş. Bölündükdən sonra isə hər kəs üzərinə düşən öhdəliyi etməlidir. Bu yolla problemli kreditləri həll etmək olar”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub