Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hazırladığı “Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun layihəsi gələn il təsdiq üçün Milli Məclisin payız sessiyasına təqdim olunacaq.
Mynews.az Report-a istindən xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda MBNP-nin Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.
Onun sözlərinə görə, bu, vahid çərçivə qanunu olacaq: “Söhbət maliyyə bazarlarını tənzimləyən vahid hüquqi çərçivənin yaradılmasından, risk əsaslı və qabaqlayıcı tənzimləmə və nəzarət tədbirlərinin görülməsindən, nəzarət tədbirləri zamanı yeni alətlərin tətbiqindən və s.-dən gedir”.
Bundan başqa, gələn il Azərbaycan parlamenti “Ödəniş sistemləri haqqında” qanun layihəsinə baxmalı olacaq. N.Babayev deyib ki, indiyə qədər ölkədə ödəniş sistemləri tənzimlənməsə də, artıq buna ehtiyac yaranıb: “Bu günə qədər, bəlkə də, yaxşı olub ki, ödəniş sistemlərinin fəaliyyətini tənzimləməmişik, onlara kapital tələbi qoymamışıq və inkişaf ediblər. Amma artıq tənzimləməyə ehtiyac yaranıb”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub