Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.
Mynews.az-ın məlumatına görə, yeni qərarı Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı xarici taksi şirkətləri əvvəlcədən xəbərdar edilməli idilər: “Şirkətlərin fəaliyyətlərini qaydalara uyğunlaşdırması prosesi gecikə bilər. Hətta onlardan bəzilərinin bazarı tərk etməsi istisna deyil. Bu da yaxşı hal hesab olunmur. Daha keyfiyyətli, ucuz xidmətin göstərilməsi üçün rəqabətli mühit lazımdır”.
Ekspert deyir ki, şirkətlər insanlara həm də əlavə qazanc mənbəyi yaratmışdı: “Qaydaların tətbiqindən sonra şirkətlər bazarı tərk edərsə, bu işsizliyə də təsir edəcək. Başqa tərəfdən taksi xidmətləri azsaylı sektorlardandır ki, burada rəqabət var. Nəticədə son illər taksi xidmətlərinin keyfiyyəti və qiymətləri insanları qane edir. Ölkədə iki devalvasiyanın baş verməsinə, benzinin bahalaşmasına baxmayaraq, taksi xidmətlərinin qiymətlərində artım baş verməyib. Əksinə, son aylarda ucuz xidmət göstərən şirkətlər bazara daxil olub. Qərardan sonra şirkətlər bazarı tərk edərsə, rəqabətli mühit zəifləyəcək. Bu da qiymətlərin artımına səbəb ola bilər. Hətta tərk etməsələr belə, ƏDV-yə cəlb olunduqları təqdirdə qiymətləri bahalaşdıracaqlar. Vergi rüsumlarının artımı, adətən, şirkətlərin deyil, vətəndaşın cibindən çıxır".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub