Ölkədə quşçuluq broylerlərində yumurtanın qiyməti bahalaşmayıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
Onun sözlərinə görə, broyler fabriklərində yumurtanın qiyməti sabit olaraq qalır: "Broylerlərdə yumurtanın qiyməti 11 qəpikdir. Bu qiymət neçə vaxtdır ki, dəyişməz qalıb. Biz yemi xaricdən dollarla alsaq da, qiymət artımı etmirik. Yumurtanın qiymətini mağazalar, sakibkarlar özləri bahalaşdırır. Bunun bizə aidiyyəti yoxdur. Bizdə normal yumurta 11, bir az böyük olan yumurtalar isə 12 qəpikdir".
A.Vəliyev qeyd edib ki, kənd yumurtasının qiyməti isə 16 qəpikdən baha deyil: "Marketlərdə baha olan qiymətlərə biz müdaxilə edə bilmirik. Bizdə əksinə, toyuğun qiymətində 10 qəpik ucuzlaşma olub".
Qeyd edək ki, son zamanlar yumurtanın 1 ədədinin qiymətinin 25 qəpiyədək bahalaşması hallarına rast gəlinib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub