"Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq".
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir: "Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq". (Report)
Maraqlıdır, artım nə qədər olacaq?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu rəqəmlər rəsmi inflyasiyadan asılı olacaq:
“Rəsmi inflyasiyanın rəqəmləri dekabr ayının sonu elan olunacaq. Bu rəqəmlər qədər indeksləşmə aparılacaq. Hələlik sonuncu rəqəm təqribən 13%-dən yuxarı, 14%-a yaxın idi. Dekabrın sonunda çox böyük ehtimal bu rəqəmlərə yaxın bir rəqəm açıqlanacaq. O rəqəmə görə də indeksləşmə aparılacaq. Təqaüdlərin baza hissəsində təqribən 12-13% artım gözlənilir”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub