Avtomobillər elan saytlarından çıxarılır BAHALAŞACAQ

597
Avtomobillər elan saytlarından çıxarılır BAHALAŞACAQ

Azərbaycanda elan vasitəsilə satışa çıxarılan avtomobillər kütləvi şəkildə saytlardan çıxarılır. 

Mynews.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.

O bildirib ki, əvvəl avtomobilini elan saytları vasitəsilə satışa çıxaranlar müraciət edib elanları saytlardan çıxarırlar. Son bir ayda yerləşdirilən avtomobil elanlarının 30-40%-i artıq silinib. Məsələn, bir ay əvvəl avtomobili 8 min manata satışa çıxarıb. Amma bu gün həmin maşını 8 min manata satmaq ona sərfəli deyil. Çünki bir ay sonra həmin avtomobil 9 min manata kimi bahalaşacaq. Bunu nəzərə alan avtomobil sahibi bir qədər də gözləyib avtomobili daha baha satmaq istəyir.

O bildirib ki, elanla kütləvi satışı dayandırılan avtomobillər qiyməti 8-12 min manat olan E və C seriyasına aid köhnə "Mercedes” modelləri, "Opel Vectra”, "Opel Astra”, "Kia Rio”, "Hyundai Accent” avtomobilləridir. Ona görə də bahalaşma daha çox bu avtomobillərdə olacaq:

"Bazarın ürəyi qiyməti 10 min manat civarında olan avtomobillərdə döyünür. Söhbət burada taksi fəaliyyəti üçün əlverişli olan avtomobillərdən gedir. Bundan baha avtomobillər bazar üçün prioritet deyil. Məsələn, 16-18 min manatlıq "Hyundai Sonata”, 20 min manatlıq "Kia Sportage” taksi olacaq avtomobil deyil”.

V. Hüseynov deyib ki, qiyməti 10 min manat civarında olan avtomobillər 10-15%-ə qədər, yəni 1000-1500 manat bahalaşacaq. Qiyməti bundan yuxarı olan avtomobillərdə isə istisna hallarda 3-5% artım ola bilər ki, bu da yüksək artım hesab edilmir.

Xəbər lenti