"Mikayıl Cabbarov keçmiş iqtisadi inkişaf, indiki iqtisadiyyat nazirliyində çalışıb. Əslində, onun təhsil naziri vəzifəsi istisna olmaqla, digər vəzifələri birbaşa iqtisadiyyatla bağlı vəzifələr olub".
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Vergi sisteminin spesifik sektor olduğunu vurğulayan iqtisadçı nazirlikdə gözlənilən kadr dəyişikliklərinə toxunub. Bildirib ki, nazirliyin bütün kadrlarının dəyişdirilməsi müsbət addım olmazdı: "Sözsüz, hər bir yeni nazir öz kamandasını formalaşdırır. O baxımdan, gözləniləndir ki, Vergilər Nazirliyində də yeni komanda formalaşsın. Lakin bu zaman keçmişdə işləyən mütəxəssislərdən istifadə edilməsi məqsədəuyğundur. Vergi sektoru strateji siyasətdir. Birbaşa qeyri-neft sektorunu və sahibkarlığın inkişafını müəyyənləşdirir. Vergi sistemi nə qədər optimal olursa, qeyri-neft sektorunun inkişafı bir o qədər stimullaşır".
V.Bayramov yeni nazirdən gözləntilərə toxundu: "Əsas gözlənti vergi siyasətinin liberallaşdırılmasının həyata keçirilməsidir. Vergi siyasəti liberallaşmayınca, vergi yükü azalmayınca, qeyri-neft sektorunda iqtisadi islahatların uzunmüddətli effektini müşahidə etmək çətin olacaq.
Etiraf etmək lazıdmır ki, vergi sistemi Fazil Məmmədovun dövründə elektronlaşmışdı və bu sistem Azərbaycanda elektron hökumətin elementlərini ilk tətbiq edən sektor idi. İndiki məqamda daha liberal, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların inkişafını stimullaşdıran və təşviq edən vergi siyasətinin həyata keçirilməsinə ehtiyac var. Ümid edək ki, Mikayıl Cabbarov liberal vergi siyasətinin tətbiqinə nail ola biləcək".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub