Bakı və Astana Qazaxıstan neft və qazının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli məsələlərinə dair iki işçi qrupu yaradır.
Mynews.az-ın İnterfaks-a istinadən məlumatına əsasən, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev cümə axşamı Bakıda jurnalistlərə deyib.
“Qazaxıstan neft və qazının hasilat həcmi artacaq və Azərbaycan ixrac marşrutları qismində nəzərdən keçirilir. Bu məhsulların Azərbaycandan keçməklə dünya bazarlarına gələcəkdə nəqli nəzərə alınaraq Qazaxıstanın Qərbində LNG zavodunun inşası planlaşdırılır”, - K.Bozunbayev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Qazaxıstan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qrupunun yaradılmasına dair Azərbaycanla razılığa gəlib.
“Bu işçi qrupu yaxın bir neçə ay ərzində həmin layihənin nə dərəcədə mümkün olacağını öyrənərək bizə hesabat verəcək”, - nazir vurğulayıb.
K.Bozunbayev əlavə edib ki, ikinci qrup Qazaxıstan neftinin Azərbaycandan keçməklə dünya bazarlarına nəqlinin rəqabətədavamlılığını öyrənəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub