Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il noyabr ayının 1-nə 93,6 bənd təşkil edib. "
Mynews.az xəbər verir ki,oktyabrın 1-nə olan analoji göstəricidən 2,1 faiz bəndi çoxdur. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 2,4 faiz bəndi artıb.
Real effektiv məzənnənin bir qədər azalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları - Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə oktyabrda ucuzlaşması amili göstərilir. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də - 87 bənd olub.
Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Noyabrda da real effektiv məzənnədə artım olacağı proqnozlaşdırılır və ilin sonuna qədər bu artım davam edəcək.
report.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub