ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və 2 gün davam edəcək iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılacağı ilə bağlı gözləntilər maliyyə bazarları tərəfindən artıq tam qəbul edilib. "Report"un analitik qrupu bildirir ki, dünyanın lider valyutası üzrə faizlərin artırılması Azərbaycan manatına təsir etməyəcək. Azərbaycan manatının məzənnəsi sabit qalacaq və hətta, Agentliyin apardığı araşdırmalara görə, bir qədər də möhkəmlənməsi mümkündür.
"Manatın möhkəmlənməsi ehtimalları bilavasitə neftin qiymətinin artması və qlobal maliyyə bazarlarında xoş konyunkturanın yaranması ilə əlaqədardır. Maliyyə bazarları FED-in uçot dərəcəsini artırması faktına öyrəşdikcə valyutaları kəskin ucuzlaşmış ölkələrdə əks proses yaşana bilər. Belə ki, Rusiya artıq bu prosesdən keçib və bu ölkədə RUB/USD məzənnəsi 88 səviyyəsindən 39% - 58 rubl səviyyəsinə qədər geriləyib. Azərbayacanda da AZN/USD məzənnəsinin 1,65-1,67 səviyyəsinə qədər geriləməsi mümkün görünür", - deyə analitiklər əlavə ediblər.
Lakin analitik qrupun fikrincə, bu proses uzunmüddətli olmayacaq: "FED daha 4 dəfə uçot dərəcəsini artırdıqdan sonra, yəni bu ilin sonundan etibarən dollar möhkəmlənməyə başlayacaq. Belə ki, yüksək faizlər, FED və ECB-nin balanslarını azaldaraq qlobal likvidliyə mənfi təsirləri özünü bir qədər sonra biruzə verməyə başlayacaq".
Analitik qrup 2019-cu ilin əvvəlindən etibarən növbəti maliyyə böhranının başlayacağını ehtimal edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub