Dünya birjalarında neft bahalaşmaqdadır. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, iyunun 24-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.
Mynews.az-ın məlumatına görə, Neftin bahalaşma səbəbini Oxu.Az-a şərh edən iqtisadçı-ekspert İlham Şaban bildirib ki, birjalara Şimal Dənizindəki ən böyük neft yataqlarından biri hesab olunan Fortiesdən (Britaniya şelfində) Britaniyaya gələn boru kəmərində (Forties Pipelines Systems) çatın əmələ gəlməsi nəticəsində kəmərin istismarının tam dayandırılması təsir edib.
İqtisadçı boru kəmərinin fəaliyyətinin nə zaman bərpa olunacağının hələ məlum olmadığını deyib: "FPS-lə 85 yataqdan hasilat nəticəsində gündəlik 400 min barel neft nəql edilir. Ona görə də vəziyyətin qeyri-müəyyənliyi neft qiymətlərini artıma doğru sövq edir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub