Yeni il bayramı ilə əlaqədar 5 gün (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.
Ödəmə vaxtı qeyri-iş günlərinə təsadüf edən kreditlərə bu günlər ərzində faiz gələcəkmi?
İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, adətən qeyri-iş günlərində kreditlərin ödənilməsi xüsusi bankomatlar tərəfindən həyata keçirilir. Kredit borcu olan şəxslər həmin bankomatlardan istifadə etməklə borclarını ödəyə bilirlər:
“Lakin bəzi bankların bankomatlarının sayı çox azdır. Say az olduğu üçün müşttərilərin bu imkandan istifadə imkanı aşağı düşür. Daha məqsədəuyğundur ki, bayram günlərində banklar tərəfindən faizin hesablanması dayandırılsın. Bank bayramda işləmir və bankomat yoxdursa, kreditin ödənilməsi növbəti iş günlərində hesablanmalıdır. Ədətən, bu, bankla müştəri arasında bağlanan müqavilədə öz əksini tapır. Lakin belə hal yoxdursa, Mərkəzi Bank kredit ödənişi bayram günlərində olanlar üçün banklara müraciət etməli, bayramdan sonrakı ilk iş günündə ödənişin həyata keçirilməsinə imkan yaradılmaldır”.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib. Yaxın günlərdə cavabı oxuculara təqdim olunacaq. Məsələ diqqətimizdədir...
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub