Bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 13 mlrd. 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 mlrd. 150,2 mln. manata çatıb.
Mynews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcə daxilolmalarının 22,4%-i və ya 3,043 mlrd. manatı əlavə dəyər vergisi (ƏDV), 15,3%-i və ya 2 mlrd. 72,3 mln. manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4%-i və ya 867,3 mln. manatı fiziki şəxslərin gəlir vergisi, 3,7%-i və ya 506,8 mln. manatı aksizlər, 10,8%-i vergilərin digər növləri, 41,4%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 27,1%-i və ya 3 mlrd. 830,6 mln. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,4%-i və ya 2 mlrd. 174,2 mln. manatı sosial müdafiə və sosial təminat, 14,5%-i və ya 2,057 mlrd. manatı ümumi dövlət xidmətləri, 13%-i və ya 1 mlrd. 841,5 mln. manatı təhsil və səhiyyə sahələrinin, 30%-i və ya 3 mlrd. 141,2 mln. manatı isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub