Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılacaq.
Qərar avtomobil qiymətlərinə indidən təsir göstərməyə başlayıb. Satıcılar bildirir ki, avtomobillərin qiymətində 1500 manatdan çox bahalaşma var. Qiymət artımı ən çox satılan "Mercedes" markalı avtomobillərə təsir edib. Satıcılar qiymətin artması ilə bağlı bazarda alıcıların sayının azlığından şikayətlənir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.
Hazırda isə bu rüsum işlənmiş avtomobillər üçün 70, təzə avtomobillər üçün isə 40 sent təşkil edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub