Bağlanan bankların əmlakı hərraca çıxarılır

652
Bağlanan bankların əmlakı hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra banklar balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır.

Mynews.az bildirir ki, Fonddan verilən məlumata görə, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üç) ədəd “Hyundai Accent” markalı avtomobillər, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı avtomobillər və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda) 16.01.2018-ci il tarixində, saat 11:00 da keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.

Xəbər lenti