Ölkədə əhalinin iş saatlarının miqdarı artıb.
Mynews.az rəsmi rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib.
2016-cı ilin müvafiq dövründə bu rəqəm 152,2 saat olub.
Təhsildə iş saatlarının miqdarı azalıb
Qeyd edək ki, ötən il iqtisadi fəaliyyət növlərindən kənd, meşə təsərrüfatı və balıqçılıqda iş saatlarının miqdarı 155,0 saat, mədənçıxarma sənayesi 149,1 saat, təhsil 147,5 saat, maliyyə və sığorta fəaliyyəti 153,9 saat, tikintidə 154,6 saat təşkil edib.
2017-ci ilin hesabat dövründə iqtisadi fəaliyyət növlərindən kənd, meşə təsərrüfatı və balıqçılıqda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,7 mədənçıxarma sənayesində 153,2 saat, təhsil 146,3 saat, maliyyə və sığorta fəaliyyətində 154,9 saat, tikintidə 154,8 saat olub.
Diqqəti çəkən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlərin iş saatlarının artmasıdır. Bu sahədə bir işçi 2016-cı ildə aylıq 150,7 saat işləyirdisə, 2017-ci ildə bu rəqəm 153,0 saat olub.
Əməkhaqqı artımı faiz nisbətində azalıb
O ki qaldı iş saatlarının miqdarının çoxalması müqabilində əməkhaqqı artımlarına, cari ilin əvvəlindən əməkhaqqı artımı baş versə də, faiz nisbətində azalma var.
Belə ki, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 493,8 manat təşkil edib.
2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub