"Lisenziyalar və icazələr" portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Lisenziyalar və icazələr" portalının təqdimat mərasimində sahibkarların suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
S.Məmmədovun sözlərinə görə, artıq müvafiq təkliflər Nazirlər Kabinetinə göndərilib və tezliklə qəbul edilməsi gözlənilir: "Gələn ilin mart ayına qədər dövlət qurumlarının portala inteqrasiyası prosesi başa çatmalıdır. Paralel olaraq "ASAN Xidmət" mərkəzlərində əməkdaşlarımız da çalışacaq. Əgər kiməsə xarici iqtisadi əməliyyatlar üçün lisenziya kağız formada lazım olacaqsa, həmin mərkəzlərdə çalışan əməkdaşlarımız həmin şəxsləri kağız formatda olan icazələrlə təmin edəcək".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub