Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək.
Mynews.az-ın məlumatına görə, bunu “AzFinance” investisiya şirkətinin direktor müavini Murad Əhmədov deyib.
O qeyd edib ki, milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün xammal amilindən asılılığı azaltmaq lazımdır:
“Bu gün dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı kifayət qədər yüksəkdir. Əgər biz neft gəlirlərinin xüsusi çəkisinin azalmasına nail olsaq, demək olar ki, dolların məzənnəsi iki manatı ötməyəcək. Əks təqdirdə neft qiymətlərinin tərəddüdü və əsas ticarət tərəfdaşlarımız – Türkiyə, Rusiya və Qazaxıstanın valyutalarının dəyişkənliyi manatın dollara nisbətdə məzənnəsinə təzyiq göstərəcək”./Trend
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub