Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.
Mynews.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.
Bununla yanaşı 170 nömrəli (metronun “Memar Əcəmi” stansiyası – Binəqədi qəsəbəsi) müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcının fəaliyyətində yol verdiyi nöqsanları aradan qaldırmayaraq qoyulan tələblərə əməl etməməsidir.
Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinə dair tələblərə əməl etməyən, o cümlədən sərnişinlərə rahat və təhlükəsiz xidmətin göstərilməsini təmin etməyən daşıyıcılar barəsində də analoji addımlar atılacaq.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub