“Minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasının istehsal bazarına təsir etməsi gözlənilmir”.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
V. Bayramovun sözlərinə görə, növbəti aylarda qiymət artımı baş versə, bu, süni artım olacaq:
“Çünki adətən, orta aylıq əməkhaqqının artımı bazara təsir göstərir, minimum əməkhaqqının artımı yox”.
Ekspert bildirib ki, minimum əməkhaqqı o anlama gəlir ki, özəl və dövlət şirkəti minimum əməkhaqqından aşağı əməkhaqqı vermir:
“Deyilənləri nəzərə alaraq demək olar ki, minimum əməkhaqqının məbləğinin artımı istehlak bazarına təsir etməyəcək, bazara təsiri minimumdur. Əgər qiymət artımı olacaqsa, bu, iqtisadi baxımdan əsaslandırılmış qiymət artımı yox, süni artım olacaq”.
V. Bayramov güman edir ki, minimum əməkhaqqının artımı 2018-ci ildə dövlət və digər sektorlar üzrə əməkhaqlarının artımına şərait yaradacaq:
“Minimum əməkhaqqının məbləğinin artırılması xüsusən dövlət sektorunda çalışanlar üçün baza formalaşdırır. Əlavə olaraq neftin mövcud qiymətini nəzərə alsaq, növbəti ildə maaşların artımı mümkün olacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub