Yol-nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən tunelin inşa edilməsini şərh edib.
Mynews.az-ın məlumatına görə, Ekspert Oxu.Az-a bildirib ki, paytaxtın iki böyük prospektini birləşdirən yeni layihə maliyyə tutumludur.
Onun sözlərinə görə, layihəni tam olaraq həyata keçirə bilsələr, Koroğlu qovşağında vəziyyət xeyli yüngülləşər:
“Layihənin əlavə müsbət cəhəti odur ki, Ziya Bünyadov prospektindən aeroport istiqamətində hərəkətin fasiləsizliyi təmin ediləcək. Şəhərin çıxışında sərbəstlik yaranacaq.
Layihənin həyata keçirildiyi ərazidə, yəni Atletlər kəndində yollar var. Lakin o küçələrdə intensiv hərəkət yoxdur. Həm də stadionun ətrafında olan yol boşdur. Layihə baş tutanda o yollarda intensivlik artacaq”.
Qeyd edək ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur. “Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək, Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq.
Tunelin ümumi uzunluğu 655 metrdir. Gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub