Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə növbəti depozit hərracı elan edilib.
Mynews.az xəbər verir ki, hərrac saat 15:30-15:45 radələrində baş tutacaq. Hərracla 300 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən edilib.
Xatırladaq ki, Mərkəzi Bank bir gün əvvəl növbəti depozit hərracını 2018-ci il yanvarın 5-nə təyin etmişdi. Bu gün isə ilin son depozit hərracına qərar verilib.
Qeyd edək ki, 2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat məbləğində faiz ödəyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub