İranda böhran dərinləşsə neftin qiyməti 100 dolları keçəcək.
Mynews.az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb.
Ekspertlər qeyd edib ki, hökumət və iqtisadi problemlərə qarşı keçirilən aksiyalar siyasi vəziyyətə də təsir edə bilər. Bütün bunlar isə neftin qiymətinin bahalaşmasına təsirsiz ötüşməyəcək.
"Financial Times" yazır ki, İranda davam edən etiraz aksiyaları, habelə OPEC və Rusiyaarasında razılaşdırılmış hasilat ixtisarına əməl olunması ilə bağlı neft qiymətləri 2014-cü ildən bəri ilk dəfə olaraq ən yüksək səviyyəyə qalxıb.Brent markalı neftin bir barrelinin qiyməti hazırda 66, 80 dollardır. Texas neftinin də qiyməti 60, 40 dollara yüksəlib. , İran OPEC-in üçüncü ən böyük hasilatçısıdır.
Ekspertlərin fikrincə, geosiyasi təhlükələr 2014-cü ildən bəri ilk dəfə olaraq neft bazarına təsir göstərməyə başlayıb.Həmçinin qeyd olunur ki, hətta İran etirazlarından əvvəl də neft bazarındakı vəziyyət birmənalı deyildi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub