USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək

13:08 04.01.2018
Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək
13:08 04.01.2018

Dövlət neft fondu 450 milyon dollarlıq bonus əldə edəcək.

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilə kimi işlənilməsi üzrə bağlanmış yeni müqavilə çərçivəsində 31 yanvar 2018-ci ildə 450 milyon dollar məbləğində bonus əldə edəcək. 

Mynews.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” hökumətdən olan mənbəyə istinadən məlumat yayıb.

“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ADNF bonus qismində 3.6 milyard dollar qəbul edəcək. 450 milyon dollar və ya 774 milyon manat məbləğində ilk tranş 31 yanvar 2018-ci il tarixində SOFAZ-a daxil olacaq”, – deyə mənbə qeyd edir.

“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərin su qatlarındakı neftin işlənilməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və  həmin il, dekabrın 12-də qüvvəyə minib. “Çıraq” yatağında neft hasilatına 1997-ci ilin noyabr ayında, “Azəri” yatağının mərkəzi hissəsində 13 fevral 2005-ci ildə, qərb hissəsində 30 dekabr 2005-ci ildə, “Günəşli” yatağının dərin su qatlarında isə 29 yanvar 2014-cü ildə başlanılıb.

Həmin müqavilənin müddəti 2024-ci ildə bitməli idi. Habelə sentyabrın 14-də Bakıda yataqlar blokunun 2050-ci ilə qədər birgə işlənilməsi üzrə yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə görə, şirkətlərin hasilatdakı payları aşağıdakı kimidir: (layihənin operatoru) Britaniyanın BP şirkəti – 30.37%, SOCAR - 25%, ABŞ-ın “Chevron” şirkəti  - 9.57% və “ExxonMobil” şirkəti  - 6.79%,  Hindistanın ONGC şirkəti – 2,31%,  Yaponiyanın “İnpex Corp” şirkəti – 9.31%, və İTOCHU Oil  şirkəti  - 3.65%, Norveçin “Statoil” şirkəti – 7.27%, Türkiyənin TPAO şirkəti – 5.73%

Yeni müqavilə çərçivəsində investisiya həcminin 2050-ci ilə qədər 43 milyard dollar təşkil etdiyi təxmin edilir. Neftin hasilat həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.


Xəbər lenti