2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.
Mynews.az bildirir ki, AZAL-dan verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.
Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir:
“Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.
Qeyd edək ki, hazırda AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanır. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanır. Bu qayda “Buta Airways” uçuşlarına da şamil ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub