Binəqədi rayonunun Rəsulzadə Qəsəbəsində yaşayan sakinlər sərnişin avtobuslardan istifadə edə bilmir. Buna səbəb isə əhali sıxlığı və xəttə çıxan avtobusların sayının az olmasıdır. Əvəzində sakinlər üzərində "Bələdiyyə avtobusu" yazılan kiçik tumulu mikroavtobuslardan istifadə etməli olurlar. Bu avtobuslar isə Rəsulzadə Qəsəbəsindən metronun "Azadlıq" stansiyasına qədər 50 qəpiyə, hətta qarlı günlərdə 1 manata işləyir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, üzərində “Bələdiyyə avtobusu” yazılan mikroavtobusların fəaliyyətindən xəbərsizdir:
“Dediyiniz ərazidəki problem tərəfimizdən araşdırılır və aradan qaldırılacaq. Lakin sərnişin sıxlığının olması, yaxud nəqliyyat vasitəsi çatışmaması əsas vermir ki, kimsə kiçik tutumlu mikroavtobusları fəaliyyətə çıxartsın. Bu qanunsuzdur və biz heç kimə belə bir icazə verməmişik. Kimsə sərnişin daşımayla bağlı fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir. Bizə isə heç bir müraciət olunmayıb".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub