Azərbaycan, Qazaxıstan və İraq Qaz İxrac edən Ölkələrinin Forumunun tamhüquqlu üzvləri ola bilərlər.
Mynews.az xəbər verir ki, bu barədə forumun baş katibi Yuri Sentyurin “Nefteqazovaya vertikal” jurnalına müsahibəsində deyib:
“İraq, Qazaxıstan və Azərbaycanın GECF-in tamhüquqlu üzvü olması yaxşı imkanlar yaradır. Hazırda qurumda müşahidəçi üzv olan ölkələrlə danışıqlar aparılır”.
Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və yeddi müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub