Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.
Mynews.az xəbər verir ki, Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Cabbarov özünə dörd yeni müşavir təyin edib.
Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.
Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.
Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı altı nəfərə çatıb.
Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsindən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub