2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək.
Bu barədə İstehsalat Birliyindən məlumat verilib.
Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq.
Qeyd edək ki, aylıq abunə haqqı əhali üçün 2,5 manat, korporativ istifadəçilər üçün isə 7 manat təşkil edir.
Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub