Ünvanlı sosial yardımlar kəsildi?
Vətəndaşlar son 3 ayda sözügedən yardımı ala bilmədiklərini bildirsələr də, rəsmi qurum xəbəri təkzib edir
"Son 3 aydır ki, ünvanlı sosial yardımımız kəsilib. Bununla bağlı dəfələrlə aidiyyəti qurumun qapısına ayaq döysək də, bir nəticə yoxdur. Rəsmi izahat yoxdur, sadəcə deyirlər ki, "pul yoxdur". Başqa heç bir cavab verilmir".
Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən bir qrup Ağstafa rayon sakini belə deyir. Onların sözlərinə görə, ünvanlı sosial yardımın dayandırılması ailələrini çıxılmaz vəziyyətə salıb: "Aldığımız yardım ilə ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik".
"Bir tərəfdən işsizlik, bir tərəfdən yardımın kəsilməsi… Heç bilmirik necə edək. Rəsmi orqanlara dəfələrlə müraciət etsək də, nə səsimizi eşidən var, nə cavab verən. Qeyri-rəsmi şəkildə bizə deyirlər ki, "hələ büdcədə pul yoxdur, nə vaxt olacaq, onda pulunuzu verəcəyik". Xahiş edirik, bizə yardım edin" — vətəndaşlar bildirirlər. Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb. O, məsələyə qısaca belə aydınlıq gətirib: "Ödənişdə heç bir problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. Fərdi şəkildə kimdəsə problem yaranıbsa, müraciət etsin, araşdıraq".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub