Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 45,3 milyard manat olmaqla, 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb.
Mynews.az bildirir ki, Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 2,4 faiz üstələyərək 43,5 milyard manata bərabər olub.
Onun 52,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ilində bir istehlakçı orta hesabla ayda 387,9 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 48,8 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə
edib.
Onu da qeyd edək ki, pərakəndə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,5 faiz artaraq 35,3 milyard manat olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub