Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 54,06 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 56,60 dollar olub.
Mynews.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 56,68 dollar təşkil edib.