Bir çox ölkələrdə Gömrük Komitəsi fərqli statuslarda fəaliyyət göstərir.
Mynews.az xəbər verir ki, bunu gömrük komitəsinin sədri Aydın ƏliyevGömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi yönündə mətbuatda yer alan xəbərlərlə bağlı jurnalistlərin sualına cavabında deyib.
Sədr qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.
O bildirib ki, Gömrük Komitəsi fiskal orqandır və bəzi ölkələrdə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir:
“Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat və ya Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub