Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən, ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
Mynews.az bildirir ki, Fonddan verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan bir ədəd “Mercedes-815” yük avtomobili, bir ədəd “Fiat Doblo Cargo”, üç ədəd “Mitsubishi Lancer”, dörd ədəd “Hyundai Accent” avtomobilləri və bir ədəd embosser “Matica Z9” satılıb.
Həmçinin ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan bir ədəd “Mitsubishi Pajero”, bir ədəd “Ford Focus” avtomobili, bir ədəd HCM (bank avadanlığı) və 1 (bir) ədəd embosser “Matica Z3” satılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub