Dünya üzrə işsizlərin sayı açıqlanıb

692
Dünya üzrə işsizlərin sayı açıqlanıb

Beynəlxalq Əmək Təşkilatının “Dünyada  Məşğulluq və Sosial Gözləntilər: 2018-ci ilin trendləri” hesabatına əsasən 2016-cı ildəki yüksəlişdən sonra qlobal işsizlik nisbəti sabitləşib. 

Mynews.az Beynəlxalq Əmək Təşkilatına istinadən verir ki, 2017-ci ildə işsizlərin ümumi sayının 192 milyonu keçərək 5,6 faiz səviyyəsinə çatması gözlənilir. 

2017-ci ildə iqtisadi artımın gözləntilərdən yüksək olmasına baxmayaraq,  uzun müddətli qlobal iqtisadi perspektlivləri  mötədildir (orta-səviyyəlidir). 

Hesabata görə 2017-2018-ci ildəki müsbət tendensiya, inkişaf etməkdə olan ölkələrdə əmək birjalarının güclənməsi hesabına baş verəcək. Söhbət o ölkələrdən gedir ki, həmin ölkələrdə işsizik səviyyəsi 0.2 faiz azalaraq,  2018-ci ildə 5.5 faizə yəni böhrandan əvvəlki səviyyəyə enəcəyi proqnozlaşdırılır.

Hesabatda eyni zamanda qeyd olunur ki,  qeyri-stabil (qeyri-sabit) məşğulluğun ixtisarı ilə bağlı keçmişdə  böyük irəliləyiş əldə olunsa da 2012-ci ildən etibarən bu istiqamətdə durğunluq müşahidə edilir. Bu o deməkdir ki,  2017-ci ildə  təxminən 1.4 milyard insan qeyri-sabit məşğulluq sahəsində çalışır və 2019-cu ilə kimi isə bu saya daha 35 milyon nəfərin əlavə olunacağı proqnozlaşdırılır.  İnkişaf etməkdə olan ölkələrdə hər dörd işçidən üçü qeyri-stabil məşğulluq sahələrində çalışır.

Hesabatda əsas nikbin məqam, inkişaf etməkdə olan ölkələrdə işçilər arasında yoxsulluq səviyyəsinin  aşağı düşməyə davam etməsidir. Kəskin yoxsulluqdan əziyyət çəkən işçilərin isə 2018-ci ildə 176 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılır, bu dünyada işləyən bütün insanların 7.2 faizini təşkil edir.

Xəbər lenti