Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN xidmət” mərkəzləri vasitəsilə veriləcək.
Mynews.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
Azərbaycan energetika nazirinin 23 yanvar 2018-ci il tarixli əmrinə əsasən, Energetika Nazirliyi tərəfindən icazələrin “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinin təşkili, bu prosesin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər müəyyənləşdirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub