Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda “Növbəti böhran nə zaman olacaq?” mövzusunda sessiya keçirilib.
Mynews.az xəbər verir ki, “Barclays” bankının baş direktoru Ces Steyl iqtisadi vəziyyətin normal olduğunu deyib:
“Lakin pul siyasəti bizim hələ də depressiyada olduğumuzu deməyə əsas verir”.
“M&G Investments”in rəhbəri Anna Riçard isə deyib ki, əgər banklar yaxın müddətdə uçot faizini yüksəltməkdə davam etsələr, kredit alanlar borclarını geri ödəyə bilməyəcəklər:
“Bazarlar bu qiymətlərə hazır deyillər. Hökumətlərin çoxlu borcu var, hətta gözlənilməz geosiyasi şoklar mümkündür”.
Məlum olub ki, maliyyə böhranından bəri ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 45 ölkədə artım baş verib. BVF ÜDM-nin artımı ilə bağlı proqnozunu 2018-2019-cu illər üzrə 3,9% səviyyəsinə yüksəldib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub