Dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 180 minə yaxın müraciət qəbul edilib.
Dövlət Əmlak Komitəsindən Mynews.az-a verilən məlumata görə, ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 minə yaxın elektron xidmət göstərilib.
Ötən il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə sayı 26 minə yaxın olub. Ümumilikdə bu rəqəm 130 minə yaxındır. Komitənin “www.e-gov.az” portalı üzərindən ən çox istifadə olunan elektron xidmət ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlıdır. Bu xidmətlərdən istifadə sayı ötən il ərzində 25 min, bütövlükdə isə 110 minə yaxındır. 2017-ci il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadənin böyük hissəsi - 150 mini daşınmaz əmlakın yüklülüyünə dair arayışların alınmasına aiddir.
O da məlum olub ki, komitə ötən il də ənənəsinə sadiq qalaraq beş yeni elektron xidməti vətəndaşların istifadəsinə verib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub