Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı biznes proseslərinin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi və modernizasiyası istiqamətində tədbirləri davam etdirir.
Mynews.az banka istinadən xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və poçt rabitəsinin milli operatorunun nümayəndələri ilə birlikdə Mərkəzi Bankda görüş keçirilib.
Görüş zamanı Mərkəzi Bankda tətbiq edilən və bütövlükdə bank sektorunu əhatə edən tam avtomatlaşdırılmış “Nağd pulun idarəetmə sistemi”ndə (CMS) yaradılmış yeni imkanlar və texnoloji məhsullar barəsində təqdimat keçirilib.
Bildirilib ki, sistemin tətbiqi nağd pulla əməliyyatların avtomatlaşdırılmasına və elektron identifikasiyasına, məlumatların təhlükəsizliyinin təmin olunmasına, risklərin minimallaşdırılmasına və bütövlükdə idarəetmənin effektivliyinin yüksəldilməsinə imkan verib.
Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının bu təcrübəsi beynəlxalq konfraslar və görüşlər çərçivəsində nümayiş etdirilib, müxtəlif ölkələr tərəfindən yüksək maraqla qarşılanıb.
Görüşdə nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub və müvafiq tövsiyələr verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub