Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib.
Palatadan Mynews.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə dair və ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub